“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

"Gəncə" Basketbol Klubu (Gəncə BK) — Azərbaycanın Gəncə şəhərini təmsil edən və ölkənin ən köklü, iddialı peşəkar basketbol klublarından biridir. 2006-cı ildə təsis edilmiş klub hazırda yüksək statuslu Azərbaycan Basketbol Liqasında – yeni mövsümdən Superliqa adlanacaq çempionatda çıxış edir. Qərb regionunun basketbol simvolu hesab olunan komanda, ölkə daxili yarışlarda qazandığı uğurlarla böyük azarkeş kütləsinə malikdir. 


Klub 2 dəfə Azərbaycan Kubokuna sahib olub. Komanda bu uğurlara 2023 və 2026-cı illərdə imza atıb. 2012-ci ildə birinci dəstənin qalibi kimi yenidən yüksək liqaya yüksələn "sarı-göylər" bir il sonra gümüş medalları qazanıblar. 2017-ci ildə komanda bürünc mükafatlara yiyələnib. Çempionatda növbəti uğurlar 2023-cü ilə təsadüf edib. Klub final oynayaraq ikinci yeri tutub. Son mövsümdə isə "Gəncə" üçüncülüklə kifayətlənib. Klub qazandığı uğurların nəticəsi olaraq 2026/2027 mövsümündə FIBA Avropa Kubokunda (FIBA Europe Cup) iştirak hüququ qazanıb. Bununla da Azərbaycan basketbol tarixində ilk dəfə olaraq bir bölgə komandası Avropa klub turnirlərində ölkəni təmsil etmək şansı əldə edib.


Komanda ev oyunlarını əsasən müasir Gəncə İdman Sarayında və Gəncə Olimpiya İdman Kompleksində keçirir.

icon

İttifaqın struktur genişliyi

Komanda baş məşqçi seçimində əsasən xarici mütəxəssislərə üstünlük verir. Bununla belə heyətdə yerli məşqçilər köməkçi statusunda çalışır, təcrübə toplayırlar. Klubun heyətində həm ABŞ və digər ölkələrdən gələn səviyyəli legionerlər, həm də yerli istedadlar, o cümlədən milli komandanın üzvləri yer alır. Klub öz yetirmələrinə də böyük önəm verir.